"Formula 1" üzrə 2024-cü il dünya çempionatının təqvimi dəyişdirilə bilər.
Təşkilatçılar mövsümə martın 3-də Səudiyyə Ərəbistanında start vermək niyyətindədirlər. Onlar yarışı Ramazan ayı başlamamış ərəb ölkəsində keçirmək istəyirlər.
Həmçinin, tarixən təqvimdəki son yarışlardan biri olan Yaponiya Qran Prisinin martın 24-də təşkil edilməsi planlaşdırılır. Bu mümkün olmasa, Sinqapurdakı yarışın vaxtı dəyişdiriləcək. Bəhreyn Qra Prisi isə payızda baş tuta bilər.
Qeyd edək ki, bu il Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək. Paytaxtda əsas turnirlə yanaşı, mövsümün ilk sprint yarışı da təşkil olunacaq.