Almaniya Türkiyə və Suriyadakı zəlzələlərdən zərər çəkmiş 9 minədək şəxsi qəbul edib

SİYASƏT
15:44 / 08.04.2023
689
Almaniya fevral ayında Türkiyə və Suriyada baş verən güclü zəlzələlərdən zərər çəkmiş 9 minədək şəxsi qəbul edib. Hit.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fezer bildirib. "Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkmiş insanların bir çoxunun Almaniyada qohumları var. Biz çox operativ hərəkət etdik və humanitar yardım göstərdik", - o bildirib və əlavə edib ki, bu yardıma Almaniyada qohumlarının yanında 90 gün müvəqqəti qalma imkanı da daxildir. Nazirin sözlərinə görə, bu məqsədlə indiyədək 7652 müvəqqəti yaşama vizası verilib. Onlardan 6500-dən çoxu əsasən Türkiyədəki zəlzələ zonasından olan insanlar üçün nəzərdə tutulub.
0