Zöhrə Ağamirova beynəlxalq Qran Pridə gümüş medal əldə edib

İDMAN
23:50 / 08.04.2023
620

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü beynəlxalq Qran Pridə gümüş medal əldə edib.

Hit.az xəbər verir ki, 22 yaşlı idmançı çoxnövçülük proqramında fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, turnirdə Zöhrə Ağamirova ilə yanaşı, böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığmanın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina da mübarizə aparırlar.

Qran Priyə aprelin 9-da yekun vurulacaq.

0