Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk “Tedjon Xana Sitizen”in heyətində Cənubi Koreya çempionatının VI tur oyununda qırmızı vərəqə alıb.
25 yaşlı müdafiəçi “Suvon”la səfər matçını tamamlaya bilməyib.
Start heyətində meydana daxil olan Krivotsyuk 76-cı dəqiqədə hesab 3:3 olarkən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bundan sonra iki qol buraxan “Tedjon Xana Sitizen” 3:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Anton Krivotsyukun komanda hazırda 11 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.