Dövlət Xidməti 2 ayda haqsız rəqabətə yol verilməsi barədə 34 müraciətə baxıb

İQTİSADİYYAT
10:17 / 10.04.2023
701
Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazar subyektlərinin haqsız rəqabətə yol verməsi barədə 34 müraciətə baxıb. Hit.az xəbər verir ki, bunu qurumun rəisi Məmməd Abbasbəyli "Tviter" hesabında bildirib. Onun sözlərinə görə, 13 müraciət üzrə tələblər təmin edilib, 7 müraciət üzrə qanunamüvafiq izahat və tövsiyə verilib, 14 müraciət üzrə isə araşdırma davam edir.
0