Bakıda yanğın olub, iki nəfər ölüb

HADİSƏ
11:03 / 10.04.2023
383
Bakıda sexdə yanğın olub. Hadisə Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində baş verib. Hadisə nəticəsində 2 nəfər sexin içərisində yanaraq ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın söndürülüb. Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir və araşdırma aparılır.
0