Qazi və şəhid ailələrinin sosial təminatı daha da gücləndirilir

SOSİAL
13:05 / 10.04.2023
866

Prezident İlham Əliyevin “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” imzaladığı sərəncamla müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı sosial müdafiə və sosial təminat tədbirlərinin maliyyələşdirilməsi 2023-cü ildə də formalaşan dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçiriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunan tədbirlərə həmin kateqoriyalara aid vətəndaşların mənzil və fərdi evlə, reabilitasiya xidmətləri və vasitələri ilə təmin edilməsi daxildir.

Dövlət icbari şəxsi sığorta sahəsində idarəetmə 2022-ci ilin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.

Fərmanda dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqlarından formalaşan sığorta vəsaitindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi istiqaməti üzrə də istifadə edilməsi nəzərdə tutulub.

0