İranə Tağızadə bir ilə yaxın idi ki, ağır nevroloji xəstəlikdən əziyyət çəkirdi”.
Hit.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında mərhum Xalq artisti, rejissor İranə Tağızadənin vida mərasimində aparıcı hacı Nuran Hüseynov deyib.
Onun sözlərinə görə, sağalacağına ümid yox idi: “Bir il idi ki, ağır nevroloji xəstəlikdən əziyyət çəkirdi. Xəstəlik bütün hüceyrələrini öldürdü. Günü-gündən onu ölümə yaxınlaşdırdı. Yoldaşı Firdovsi mənim yaxın dostumdur. Ailəlikcə münasibətimiz var idi.
Onu Almaniyaya müalicə üçün apardı. Lakin həkimlər ümid olmadığını bildiriblər”.
Hacı Nuran sonda İranə Tağızadənin ölümünə görə gecə Bakıya gəldiyini qeyd edib.