İngiltərənin "Lester" klubunun yeni baş məşqçisi bəlli olub.
Hit.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda Din Smitə tapşırılıb.
52 yaşlı mütəxəssis mövsümün sonunadək "Lester"in sükanı arxasında olacaq.
Qeyd edək ki, Din Smit daha əvvəl "Norviç", "Aston Villa" və "Brentford" kimi klublarda işləyib.