"ABŞ Çinin daxili işlərinə qarışmağı dayandırmalıdır".
Hit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton ikitərəfli münasibətlərin siyasi təməlini sarsıtmağa son qoymalıdır: “Rəsmi Pekin Çin-ABŞ münasibətlərindəki mövcud çətinliklərə görə məsuliyyət daşımır. Vaşinqton Çin-ABŞ münasibətlərinin sağlam və sabit inkişaf yoluna qayıtmasına kömək etməlidir”.
Bundan əvvəl ABŞ-ın “Politico” nəşri yazmışdı ki, Çin ABŞ-la yüksək səviyyəli diplomatik əlaqələri davam etdirmək, o cümlədən görüşlər keçirmək niyyətində deyil.