"Həmkarlarımı, aktyorları qınamayın, problemlər çoxdur".
Bunu Xalq artisti Afaq Bəşirqızı “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.
O təklif edib ki, mədəniyyət sahəsində Bədii Şura yaradılsın: "Teatrların kateqoriyası məsələsinə diqqət yetirilməlidir. Eyni zamanda, aktyorların maaşına baxılsın, onlara evlər tikilsin".