Azərbaycan və Koreyanın KOB-ları arasında potensial əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsi müzakirə olunub.
Hit.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov tviter hesabında yazıb.
"Bu gün Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) Seongsu Kimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan və Koreyanın KOB-ları arasında potensial əməkdaşlıq imkanlarının genişləndirilməsi, ticarət təşəbbüslərinin təşviqi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb", - O.Məmmədov bildirib