Ermənistanın paytaxtı İrəvan şəhərinə növbədənkənar mer seçkisi baş tutmayıb.
Hit.az xəbər verir ki, məlumatı “Novosti Armenia” yayıb.
Bildirilib ki, seçkinin baş tutmamasına İrəvan şəhər Ağsaqqallar Şurasının üzvlərinin iclasa gəlməməsi səbəb olub.
Qeyd edək ki, seçkilər yolu ilə formalaşan Ağsaqqallar Şurası meri seçir.
Hazırda şurada hakim “Mənim addımım” alyansının 57, Çiçəklənən Ermənistan Partiyasının 5, “Luys” blokunun isə 3 mandatı var.