“Azintelekom”a yeni mətbuat katibi təyin edildi - FOTO

ÖLKƏ
16:30 / 13.04.2023
523

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelekom” MMC-yə yeni mətbuat katibi təyin edilib.

HİT.az xəbər verir ki, bu vəzifə Murad Əhmədova həvalə olunub.

O, bu təyinata qədər şirkətin ictimaiyyətlə əlaqələr bölməsində mütəxəssis kimi çalışıb.
Bundan əlavə, “AzInTelekom”un Korporativ Kommunikasiya və İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Səfər Aslanov Nazirliyin tabeliyində olan “Aztelekom” MMC-yə korporativ kommunikasiya üzrə sektor müdiri təyin edilib.

Xatırladaq ki, nazirliyin “AzInTelekom", Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi üzrə ictimaiyyətlə əlaqələr üzrə meneceri Vüsalə Səid Əyyubqızı bir həftə öncə işdən çıxıb.

0