Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dünyanın bir çox ölkələrində investisiya layihələri ilə çıxış edib və bu xüsusda Bosniya və Herseqovinada da müxtəlif investisiya layihələrində iştirak edə bilər.
HİT.az xəbər verir ki, Azərbaycanın təbii qazının Balkan regionu və Bosniya və Herseqovinanın qonşu ölkələrinə ixrac edildiyi vurğulanaraq, gələcəkdə enerji sahəsində əməkdaşlıq imkanlarının mümkünlüyü qeyd olunub.
Dövlət başçısı bildirdi ki, həm Azərbaycan, həm də Bosniya və Herseqovina çoxkonfessiyalı ölkələrdir. Bu baxımdan da ölkələrimiz arasında təcrübə mübadiləsinin aparılması da yaxşı haldır. Eyni zamanda, ölkələrimizin vətəndaş cəmiyyəti təsisatları, elm-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərinin vacibliyi də bildirilib.
Azərbaycanın və Bosniya və Herseqovinanın minalardan əziyyət çəkən, minalarla çirklənmiş ölkələr olduğu vurğulanaraq, bu sahədə əməkdaşlığın və təcrübə mübadiləsinin aparılmasının önəmi qeyd edilib.
Qeyd edək ki, aprelin 13-də Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə geniş tərkibdə görüşü olub.