Bakıda futbol meydançasında kütləvi dava - Yaralılar var

ÖLKƏ
09:44 / 15.04.2023
555

Bakı şəhər Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən futbol meydançasında yeniyetmələr arasında kütləvi dava-dalaş olub.

HİT.az qafqazinfo-ya istinadən xəbər verir ki, C.Hacıbəyli küçəsi 28 ünvanında yerləşən davada 2010-cu il təvəllüdlü R.Məhərrəmli və 2011-ci ildə anadan olmuş Ü.Zeynalzadə döyülüblər. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisə vaxtı hər iki yeniyetmənin tanımadıqları 3-4 nəfərin hücumuna məruz qaldıqları və dava-dalaş zamanı xəsarət aldıqları bildirilib.
Faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində araşdırma aparılır.

0