Rəqqasə Fatimə Fətəliyeva şair Nazilə Səfərli ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət edib.
Bu haqda Axşam.az-a açıqlamasında sənətçi deyib. O bildirib ki, məhkəməni udacağına əmindir:
"Haq-ədalət var, buna inanıram. Heç kim məhkəmədə mənə qalib gəlməyib. Bu haqda hələ danışmaq lazım deyil".
"Barışıq ola bilər" sualına Fatimə "Bu qədər yaşananlardan sonra barışıq ola bilməz" cavabını verib.
Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib.
Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.