"Mədəniyyət naziri ən azı siyasi məsuliyyətə görə istefa verməlidir”.
Hit.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, hökumət, dövlət işində qərarverənlər ən azı, siyasi (biznesdə isə maddi) məsuliyyət daşımalıdırlar:
"Mədəniyyət Nazirliyində o boyda əməliyyat olur, faktlar və iddialar səsləndirilir, nazir isə çıxıb deyir ki, əməliyyatı alqışlayıram. Belə olmur, hər şeyi "multfilm”ə çevirməyin. Əgər sənin öz məsuliyyətin altında olan sahədən xəbərin olmayıbsa, lap pis. Deməli, bacarıqsız menecersən, yox əgər xəbərin olubsa, deməli, sənin rəhbərliyinlə hər şey baş verib. Hər iki halda da, ən azı siyasi məsuliyyətə görə nazir istefa verməlidir və bu yanaşma bütün siyasi qərarverənlərə aid olmalıdır”.