Alış-veriş edərkən tələbatın daha çox olduğu tərəvəz kartof və soğandır.
HİT.az xəbər verir ki, son günlər bu tərəvəzlərin satışında kəskin bahalaşma var.
Satıcılar "ARB Xəbər"ə kartof və soğanın bahalaşmasını təsdiqləyiblər. Hazırda bazarda Belarus kartofu 1 manat, Şəmkir istehsal olan kartof isə 3 manata satılır. Soğanın da qiymətində artım var və 2-3 manat arasında dəyişir.
Ətraflı videomaterialda izləyə bilərsiniz: