Şair Ramaldanova AĞIR İTKİ - FOTO

ÖLKƏ
11:31 / 19.04.2023
473

Hərbi ekspert, polkovnik Şair Ramaldanova ağır itki üz verib.

Şair Ramaldanovun anası Nuriyyət Ramaldanova bu gün səhər dünyasını dəyişib.

Məlumatı hərbi ekspert Üzeyir Cəfərov ictimailəşdirib. O bildirib ki, dəfn mərasimi bu gün saat 12-də Xaçmaz rayonunda - Xudatda olacaq. 3 mərasimi isə aprelin 21-də Xudatda keçiriləcək.

Mərhum Nuriyyət Ramaldanovanın Şair Ramaldanovla yanaşı, daha iki oğlu hərbçi zabitdir - Elman və İlham Ramaldanovlar.

Mərhumun nəvəsi polkovnik-leytenant Babək Ramaldanov isə 44 günlük Vətən müharibəsində şəhid olub.

Allah rəhmət eləsin.

0