Sabahdan Azərbaycanda müqəddəs Ramazan ayı başlayır. Bu gün isə orucluğun niyyət gecəsidir. Azərbaycan əhalisinin böyük əksəriyyəti bu gecəni oyaq qalıb dualar edib, niyyətlərini dilə gətirəcək. Bundan əlavə, onlar Ramazan ayı boyunca oruc tutub, iftar süfrəsini yaxınları ilə bir yerdı keçirməyə çalışacaqlar.
Bəs, ramazan ayında Azərbaycanın sənət adamlarından kimlər oruc tutacaq?
Qaynarinfo bu suala cavab tapmaq üçün bir neçə sənət adamı arasında sorğu keçirib.
Xalq artisti Mənsum İbrahimov: "Mədəmdə bir az narahatlıq olduğuna görə, bu il oruc tuta bilməyəcəm. Amma müəyyən günlərdə tutmağa çalışacam. Allah dünyamızı qorusun".
Xalq artisti Bilal Əliyev: "Artıq niyyət edib orucuma başladım. Allah butun oruc tutanların orucunu qəbul etsin. Allah butun dunya insanlarını haqq-ədalət, düzgünlük yoluna gətirsin".
Əməkdar artist Firuzə İbadova: "Mən şaban ayından oruc tuturam. Allah üçün tuturam. Bu ayı səbirsizliklə gözləyirəm".
Əməkdar müəllim, tanınmış muğam ifaçısı Qəzənfər Abbasov: "Şəkər xəstəsiyəm. Bu səbəbdən oruc tuta bilməyəcəm".
Musiqili Teatrın aktyoru, əməkdar artist Əzizağa Əzizov: "Səhhətimlə əlaqədar oruc tuta bilmirəm".
Müğənni Yusif Mustafayev: "Yox, mən oruc tutmuram. Amma ailə üzvlərindən oruc tutanlar var".
Xanəndə Səbinə Ərəbli: "Əslində ac qala bilmirəm, amma oruc tutmağa çalışacam".