İran generalı olmuş atalığından “Azər“ familiyasını götürmüş sovet aktrisası - Maraqlı tale

MƏDƏNİYYƏT
12:50 / 23.04.2023
1406

İrina Azər (İren Azər) sovet kinosunun füsunkar gözəlliyi ilə fərqlənən aktrisalarından biri olub. Lakin SSRİ-nin sarışın ilahəsinin taleyi və ən əsası familiyasının mənşəyini hətta yaşlı nəsil yalnız indi öyrənə bilib.

Yenisabah.az xəbər verir ki, "Azər" soyadına görə atasına deyil, atalığına borclu olan aktrisa 1949-cu il sentyabrın 19-da (bəzi mənbələrə görə 18-də) Bakıda anadan olub. 

İkinci Dünya müharibəsinin iştirakçısı olan anası Liliya Georgievna və atası polyak təyyarəçi Yofanın hansı şəraitdə tanış olması məlum deyil. Cütlüyün birgə həyatı uzun sürməyib. Yofan vətəninə, Polşaya qayıdıb. İrinaya əsl atalığı İrandan mühacirət etmiş, qədim əsilzadə ailəsinin yetirməsi Əbdurrza (Rza) Azər edib.

Sovet İttifaqı 1946-da qoşunlarını İran ərazisindən çıxaranda bu general Azərbaycanda sığınacaq tapıb. Rza Azər tezliklə Moskvaya köçür, Şərqşünaslıq İnstitutunda çalışır. 1957-ci ildə İrinanın bacısı Dilarəm dünyaya gəlir.

Ömrünün sonunda Rza Azər İrana qayıdır və 1978-ci ildə vəfat edir. Dilarəm isə 2002-ci ildə intihar edib.

İrina Azərin taleyi fərqli məcrada axır. 1967−1991-ci illər arasında 31 filmdə çəkilmiş aktrisa 1990-cı ildə kino sənəti ilə vidalaşıb. 

Hazırda o, qızı, kürəkəni və 2 nəvəsi ilə ABŞ-da Los Ancelesdə yaşayır.

0