Bu ilin mart ayında Naxçıvan Muxtar Respublikasında dövlət qeydiyyatına alınan "NAXPROPERTY-3" MMC, “MEST -2” MMC və “MEST -4” MMC adlı 3 şirkət ləğv olunduqlarını açıqlayıblar.
Yeniavaz.com xəbər verir ki, ləğv olunan şirkətlərdən 2-si mart ayının 13-də, biri isə mart ayının 31-də dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, bu ilin ilk 3 ayında Naxçıvanda "NAXPROPERTY” adı ilə bir neçə şirkət dövlət qeydiyyatına alınıb. Eyni zamanda bu şirkətlərlə bağlılığı olan “MEST” adlı çoxsaylı şirkətlər də yaradılıb.
Məlumat üçün bildirək ki, 18.04.2023-cü il tarixində yeniavaz.com saytında yayımlanan “Naxçıvanda böyük kapitalla onlarla şirkət yaradılıb – Talıbovla bağlılığı var” başlıqlı yazıda bu şirkətlərlə bağlı geniş məlumat yer alıb.
Ətraflı
Bu məlumatın yayılmasından qısa müddət sonra həmin şirkətlərdən 3-ü ləğv olunduğunu elan edib.
Maraqlı və diqqət çəkən məqam odur ki, yeni qeydiyyatdan keçən bu şirkətlərdən yalnız 3-ü ləğv olunur və ləğv olunan hər 3 şirkətin qanuni təmsilçisi qadınlar olub. Digər şirkətlərin, yəni ləğv olunmayan şirkətlərin qanuni təmsilçiləri kişilərdir.