Dünya üçün böyük təhlükə: "Biz mübarizəni artıq uduzmuşuq"

DÜNYA
22:51 / 23.04.2023
661

İqlim dəyişikliyi səbəbindən buzlaqlar sürətlə əriyir. Bu, dəniz səviyyəsinin qalxmasına səbəb olur. Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, son 10 ildə dünyada dəniz səviyyəsinin qalxma sürəti iki dəfədən çox artıb.

Qaynarinfo "CNN Türk"ə istinadən xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Petteri Taalas qlobal dəniz səviyyəsinin 1993-2002-ci illər arasında ilk dəfə ölçüldüyü vaxtdan iki dəfədən çox sürətlə artdığını və keçən il rekord səviyyəyə çatdığını açıqlayıb.

Hesabata görə, buzlaqların həddindən artıq əriməsi 2013-2022-ci illər arasında dəniz səviyyəsini ildə orta hesabla 4,62 millimetr qaldırıb. Dəniz səviyyəsinin qalxması da 1993-cü ildən bəri 10 santimetri keçib.

"Biz buzlaqların əriməsi və dəniz səviyyəsinin qalxması ilə mübarizəni artıq uduzmuşuq", deyə Taalas bildirib. 

Onun sözlərinə gör, bu, pis xəbərdir. Bu qədər yüksək miqdarda istixana qazları atıldığı üçün sular min illər boyu yüksəlməyə davam edəcək.

Birləşmiş Millətlər Təşkilatı dəniz səviyyəsindəki bu yüksəliş meylinin min illər boyu davam edəcəyini proqnozlaşdırdı. Taalas isə xəbərdarlıq edir: "Hava şəraitindəki bu mənfi tendensiyalar 2060-cı illərdə davam edəcək".

0