"Pulp Fiction”ın yaradıcısı Kventin Tarantino filmlərində seks səhnələrini rədd etməsinin səbəblərindən danışıb.
Qaynarinfo xəbər verir ki, Tarantinonun fikrincə, seks onun rejissorluq vizyonunun bir hissəsi deyil:
"Düzünü desəm, real həyatda sekslə bağlı film çəkmək əsl işgəncədi, hamı həddindən artıq stress keçirir. Əvvəllər problemli idisə, indi daha da problemlidir. Əgər seks süjet üçün vacibdirsə, onu çəkəcəyəm, amma hələlik buna gərək yoxdur”, - rejissor İspaniyanın "Diari ARA” qəzetinə müsahibəsində deyib.
Tarantinonun yaradıcılığında yeganə istisna "Ceki Braun” filmində Robert De Niro və Bricit Fonda obrazları arasındakı sevgi səhnəsi olub. Müəllif əsasən qanlı döyüşləri lentə almaqla tanınır.
Tarantino hazırda karyerasının onuncu və guya son filmi olan "Kinotənqid” üzərində işləyir. Filmdə hadisələr 1970-ci illərdə cərəyan edir və əsas diqqət Hollivud kino sənayesinə yönələcək. Çəkilişlər bu payızda başlayacaq.