"Yolüstü"nün admini qəzada öldü - FOTO

HADİSƏ
10:29 / 25.04.2023
803

"Facebook"da insanların yol yoldaşı axtardığı "Yolüstü" qrupunun admini 37 yaşlı Cəlal İbrahimov yol qəzasında vəfat edib.

HİT.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, C.İbrahimovu avtomobil vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

C.İbrahimov Ağdaş-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olurmuş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

0