BNA-dan “analoqsuz” dayanacaq layihəsi ilə bağlı açıqlama - FOTOFAKT

İQTİSADİYYAT
20:45 / 25.04.2023
890

Bakı Nəqliyyat Agentliyinin son layihəsi sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. 

Belə ki, paytaxtın Nəriman Nərimanov prospekti 205 ünvanında quraşdırılan yeni avtobus dayanacağı bütün səkini bağlayıb.

Dayanacağa girmək istəyən şəxs istər-istəməz avtomobil yoluna çıxmaq məcburiyyətində qalır. Bu da təbii ki, sərnişinlərin həyatı üçün təhlükə yaradır.

Məsələ ilə bağlı BNA ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildirildi ki, deyilən ünvanda aparılan quraşdırma işləri araşdırılacaq və əlavə məlumat veriləcək.

0