Cənubi Afrika Respublikası (Cənubi Afrika) Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarına baxmayaraq, Rusiya lideri Vladimir Putinin ölkəyə mümkün səfəri ilə bağlı müzakirələr fonunda mövqeyini yenidən dəyişib.
Aprelin 25-də CAR prezidenti Siril Ramafosa İCC-dən çıxmağa hazırlaşdığını bəyan etmişdi. Lakin tezliklə ölkənin bu məsələdə mövqeyi dəyişib.
HİT.az "Bloomerg" istinadən xəbər verir ki, çərşənbə axşamı onun administrasiyası Cənubi Afrika liderinin səhv danışdığını və əslində ölkənin ICC-dən çıxmağı və "Roma Statusu"na uyğun olaraq yerinə yetirməli olduğu öhdəliklərdən imtina etməyi planlaşdırmadığını deyib.
"Prezident Cənubi Afrikanın "Roma Statusu"nu imzalayan ölkə olaraq qaldığını və beynəlxalq hüququn bərabər və ardıcıl tətbiqi üçün mübarizəni davam etdirəcəyini açıq şəkildə bildirmək istəyir", deyə bildirilib.
Başqa sözlə, Cənubi Afrika 2023-cü ilin avqustunda BRİCS sammiti çərçivəsində Putinin ölkəyə səfər edəcəyi təqdirdə onu həbs etməyə hazır olduqlarını təsdiqləyib.
Nəşr xatırladır ki, 2015-ci ildə Cənubi Afrika hökuməti Sudanın o vaxtkı prezidenti Ömər əl-Bəşirin həbsi ilə bağlı üzərinə düşən müvafiq öhdəlikləri pozub. Bu, ICC ölkələri arasında ciddi tənqidlərə səbəb olub.
Xatırladaq ki, martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya lideri Vladimir Putinin ukraynalı uşaqların deportasiyasında əli olması ehtimalı ilə bağlı onun həbsinə order verib. Sonra Cənubi Afrika təşkilatdan çıxmaq imkanlarını açıqlayıblar. Aprelin 25-də ölkə lideri Siril Ramafosa Afrika Milli Konqresi (ANC) partiyasının rəsmi səviyyədə müvafiq qərar qəbul etdiyini açıqlayıb.
Onu da qeyd edək ki, BRİCS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını birləşdirən təşkilatdır.
Samir