Laçında bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkarlandı

ÖLKƏ
13:11 / 26.04.2023
553

Laçında insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkarlanıb.

Bu barədə HİT.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, aprelin 25-də Laçın rayonunun işğaldan azad edilmiş Bülüldüz kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.

0