Türkiyədə kanal rəhbəri Can Tanrıyar həbs edilib.
Qaynnarinfo xəbər verir ki, "Uçan kuş TV"nin sahibi Beşiktaşdakı evində tutularaq həbs edilib. Kanal rəhbəri keçmiş şəriki Metin Güneşi foto və videoları ilə şantaj edib. Bundan sonra Güneş Baş prokurorluğa şikayət ərizəsi ilə müraciə ünvanlayıb.
Tanrıyarın həyat yoldaşı Tamar Tanrıyar isə Türkiyə mətbuatına açıqlamasında ərinin haqsız yerə həbs edildiyini bildirib:
"Can heç bir günahı olmadığı halda həbs edilib. Metin Güneş Can haqqında "Onu aradan götürdəcəyəm" sözlərini söyləyib".