Şahzadənin ofşor şirkət qurduğunu iddia olunur

DÜNYA
12:45 / 27.04.2023
499

İngiltərə kralı III Çarlzın qardaşı şahzadə Endryunun aktivlərini gizlətmək üçün ofşor şirkətə sərmayə qoyduğu iddia edilib.

HİT.az "Guardian"a istinadən xəbər verir ki, Endryu keçən il vəfat edən anası Kraliça II Elizabetin sərmayələrini qorumaq üçün 1970-ci illərdə qurulan “Bank of England Nominees” adlı ofşor şirkətdən istifadə edən kral ailəsinin ən azı beş üzvündən biridir.

Qəzet kraliçanın sözügedən şirkətdən istifadə edən yeganə kral üzvü olmadığı, Elizabetin 2002-ci ildə vəfat edən bacısı şahzadə Marqaret, 2021-ci ildə vəfat edən əri şahzadə Filip və uşaqları Çarlz və Endryunun da "Bank of England Nominees"də səhmlərinin olduğu iddia olunur.

Çarlz və Filipin 2007-2008-ci illərdə ofşor şirkətdən istifadəni dayandırdıqları öyrənilib. 

Şahzadə Endryu daha əvvəl cinsi istismara görə onu məhkəməyə vermiş Virciniya Giuffre ilə də pul müqabilində anlaşdığı bildirilirdi.

Samir

0