Azərbaycan seçkilərdə Ərdoğanı dəstəkləyir - SƏBƏB

SİYASƏT
17:23 / 27.04.2023
382

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Türkiyədəki seçkilərlə bağlı Azərbaycanda aparılan ictimai rəy sorğusu ölkə əhalisinin namizədlərin vəd etdiyi gələcəyin milli maraqlarımıza nə dərəcədə cavab verdiyini qiymətləndirmək ehtiyacından irəli gəlib. Azərbaycan ictimaiyyətinin mövqeyi Türkiyə xalqına necə təsir edəcək?

Siyasi ekspert Tural İsmayılov HİT.az-a bildirib ki, söhbət əsla müdaxilə cəhdi və ya təsirdən getmir.

“Məlum olduğu kimi, seçkilər dörd namizədin rəqabəti ilə keçirilir və sorğular da məhz namizədlər arasında müqayisəli dəyərləndirməni özündə əks etdirir. Azərbaycan xalqı seçkilərə milli mənafeyimiz, eləcə də regional maraqlar prizmasından yanaşır və dəyərləndirir. 
Azərbaycanın gələcək mənafeləri baxımından Türkiyə ilə əməkdaşlığı zəruri hesab etməsi postmüharibə dövründə hər iki ölkənin və regionun sülh, əməkdaşlıq taleyi baxımından strateji müttəfiqliyinin davam etməsi və bu səbəbdən regional, milli maraqlar baxımından Türkiyə üçün tarixi yolayrıcı hesab edilən 14 may tarixində keçiriləcək seçkilərin nəticəsini ölkəmiz üçün çox əhəmiyyətli kimi qiymətləndirməsi ilə izah etmək olar. 

Ölkəmizdə  Ərdoğanı dəstəkləyənlərin 96.7%-i onun qalib gələcəyini ehtimal edib. Həmçinin Kılıçdaroğlunu dəstəkləyənlərin (6.3%) yarısı seçkilərdə Ərdoğanın qalib gələcəyi ehtimalını bölüşüb.

İştirakçıların mütləq əksəriyyəti tərəfindən dəstəklənən Rəcəb Tayyib Ərdoğanla bağlı rəylərini nəzərdən keçirdikdə, onların 55.7%-i öz mövqeyini Ərdoğanın Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstəklə əsaslandırıb. 

Sorğunun nəticələrinin təhlili Azərbaycan ictimaiyyətinin Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticələrinə yüksək diqqətlə yanaşdığını və nəticələri ölkəmiz üçün əhəmiyyətli hesab etdiyini göstərib. Azərbaycan ictimaiyyəti keçiriləcək seçkilərdə öz dəstəyini hazırkı Türkiyə prezidentinə göstərib”, deyə o bildirib

Murad Məmmədli

0