Dövlət Gömrük Komitəsi (DGK) xidməti axtarış itlərinə sərf olunacaq quru it yeminin satınalınması üzrə tenderə yekun vurub.
HİT.az xəbər verir ki, tenderin qalibi “Bayvet” MMC olub.
Tenderin şərtlərindən məlum olur ki, DGK böyük itlər üçün 22 982,4 kiloqram, balaca itlər üçün isə 456 kiloqram quru yem alacaq. Bunun müqabilində şirkətə 129.989,37 AZN ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Bayvet” MMC 11 aprel 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. MMC-nin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, ev 27, mənzil 132-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Oqtay Məhi oğludur.
Açıq mənbələrdə “Bayvet” MMC barəsində heç bir məlumat yoxdur. Hətta şirkətin əlaqə məlumatlarına da rast gəlinmir.
Adətən bu tip şirkətlər tender əməliyyatlarında istifadə üçün yaradılır.
Anar