Bakıda daha bir türk iş adamı məhkəməyə verildi - Vergi borcu

İQTİSADİYYAT
19:45 / 29.04.2023
527

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi pərdə şirkəti olan "As Design Pərdə” MMC-ni məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, işə Bakı Kommersiya Məhkəməsində baxılacaq. 

Araşdırmalarımız zamanı məlum olub ki, şirkətin hazırda 2454.82 AZN vergi borcu var.

"As Design Pərdə” MMC 14 sentyabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 25 AZN-dir. Şirkətin qanuni təmsilçisi Ebubekr Gunerdir.
Ebubekr Guner Türkiyə vətəndaşıdır. Şirkətin sahibi də özüdür. 

O, ötən il vergi borcuna görə məhkəməyə verilib. Həmin vaxt sahibi olduğu şirkətin 5 954. 79 AZN vergi borcu olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi xüsusi icraat qaydasında təqdim etdiyi ərizədə türk iş adamının ölkədən çıxışına məhdudiyyət qoyulmasını istəyib.

0