Niderlandda məhkəmə çox tez-tez sperma verən 41 yaşlı donora bunu qadağan edib.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bu qərar kişinin artıq dünya üzrə 500-600 uşaq atası olması ilə əlaqədar qəbul olunub.
Medianın Conatan Meyer kimi tanıdığı adam 2017-ci ildə ictimaiyyətə məlum olub. Həmin vaxt o, artıq Niderlandda 100-dən çox uşağın atası olmuşdu və ona ölkədə donorluq etmək qadağan edilmişdi.
Kişi xaricdə, xüsusən də beynəlxalq səviyyədə fəaliyyət göstərən Danimarka sperma bankı Cryos vasitəsilə sperma verməyə davam edib. Meyer həmçinin, gələcək valideynlərin fərqli addan istifadə edərək donorlar axtardığı vebsaytlarda özünü donor kimi təqdim edib.
İstintaqın məlumatına görə, bu vaxta qədər Meyer artıq dünyada 500-600 uşaq atasına çevirilib. Məhkəmə ona hər hansı bir yerə sperma verməyi qadağan edib. Həmçinin onun spermasının məhv edilməsini tələb edərək, artıq toxum mayesini saxlayan klinikalarla əlaqə saxlamağı tapşırıb. Bu qaydanı pozanları 100 min avro cərimə gözləyir.
Bu qərara səbəb Meyerdən donor kimi istifadə edən valideynlərin maraqlarını təmsil edən bir fondun iddiası olub. Onlar iddia edirdilər ki, Meyerin davamlı ianələri onun uşaqlarının məxfilik hüququnu pozur - onların romantik münasibətlər qura bilmələri təsadüfi qohumluq qorxusu yaradır.
Qeyd edək ki, bir müddət əvvəl valideynləri tərəfindən övladlığa götürülən kişi təsadüfən həyat yoldaşının əslində onun bacısı olduğunu necə bildiyi barədə hekayə paylaşmışdı. Münasibət qadının böyrək transplantasiyasına ehtiyacı olanda və əri donor olmağa qərar verəndə üzə çıxıb.
Bundan başqa qızını itirən və sonradan bir oğlan uşağı övladlığa götürən Çin sakini təsadüfən uşağını tapıb. Bu həmin vaxt baş verib ki, qız az qala onun gəlini olacaqmış.
Samir