Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərinə hazırlıq məqsədilə bazar günü Ankarada ən böyük mitinqlərdən birini keçirib.
Məlumata görə, aksiyada iştirak edənlərin sayı rəsmi olaraq açıqlanmır, lakin burada bir neçə yüz min nəfərdən danışmaq olar.
Ərdoğan mitinq zamanı tərəfdarlarını mümkün qədər fəal olmağa çağırıb, gənclərə xüsusi ümid bəslədiyini dilə gətirib. /Oxu.az
“Hər qapını döyəcəyik. Biz Türkiyə əsrini xəyal edirik. Onlar (müxalifət – red.) isə öz arzularını bölünmüş siyasət, qeyri-sabit iqtisadiyyat, zəif demokratiya, dünyada xor baxılan köhnə Türkiyə üzərində qururlar”, - prezident bildirib.