Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 14 mayda keçiriləcək seçkilərlə bağlı danışıb.
HİT.az xəbər verir ki, dövlət başçısı türk telekanallarına verdiyi müsahibədə seçkilərdə qalib gələcəyinə olan əminliyini dilə gətirib:
"Son 21 ildə daha öncə xəyal belə edilə bilməyən bir çox addım atmışıq. Artıq sandıqları vətəndaşların ayağına aparırıq. İnşallah 14 mayda yeni bir rekord qıracağımıza inanıram".
Prezident anketlərdə öndə olduğunu da vurğulayıb:
"Türkiyənin gücü artdıqca, vətəndaşların da etibarı artır. Vətəndaşlardan əllərindəki gücü ən yaxşı şəkildə istifadə etmələrini xahiş edirəm. Bu baxımdan, 14 may çox böyük əhəmiyyət kəsb edir. Müxalifət bizim insanı tanımır və hökumətin uğurlarını həzm edə bilmir. Bu zehniyyəti millətimizin vicdanına həvalə edirik. Hazırda meydanların dili də göstərir ki, 14 mayda böyük addımlarla zəfərə doğru gedəcəyik. Bunu anketlərə baxdığımız zaman da görürük".
Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Türkiyədə 1000 ev tikəcəyini də söyləyib.
Pərviz