Aylar sonra üzə çıxdı: Rus əsgərlər nüvə reaktorunda balıq tutub - DƏHŞƏT

DÜNYA
11:50 / 01.05.2023
467

Rusiya əsgərlərinin ötən il Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığında düşərgə qurduqdan dərhal sonra niyə xəstələndiyi ortaya çıxıb.

HİT.Az xarici mediaya istinadən xəbər verir ki, Çernobılda yaşayan ukraynalılar işğala baxmayaraq, rusları radiasiya təhlükəsi ilə bağlı xəbərdar etdiklərini bildiriblər. Buna baxmayaraq, onlar əsgərlərin nüvə reaktorunun soyuducu otağında balıq tutduqlarını deyiblər.

Qadağan olunmuş əraziyə cavabdeh olan 30 yaşlı Oksana Pışna "The Sunday Times" qəzetinə deyib ki, Rusiya qoşunlarının Çernobılın yaxınlığındakı meşədə radioaktiv maddələrlə kirlənmiş torpaqları alt-üst etməsi ilə bağlı “məntiq tapmağa çalışmayın”.

Rus əsgərlərinin işğaldan dərhal sonra bölgədəki 4 saylı radioaktiv reaktorun 10 kilometrliyində iki həftə qaldıqları, burada yatdıqları, yeyib-içdikləri bildirilir.

Samir

0