İbrahima Vaci və Kvabena Ovusunun gedişindən sonra hücum xəttində ciddi problemlər yaşayan “Qarabağ” bu mövqe üçün oyunçu axtarışına davam edir.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi müqavilə ilə Zaqreb “Dinamo”suna məxsus olan və hazırda “Konyaspor”da çıxış edən Mahir Emrelinin transferində maraqlıdır.
"Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov potensialına yaxşı bələd olduğu oyunçunu yenidən sərəncamında görmək istəyir.
Lakin 25 yaşlı hücumçunu “Konyaspor” da saxlamaq istəyir və Mahirin yeni mövsümə hansı komandada başlayacağı hələ ki məlum deyil.