Amerikada azərbaycanlılar yol qəzasına düşüb.
HİT.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nyu-Yorkda qeydə alınıb.
Amerikaya gəzməyə gedən Bakı şəhər sakini, 58 yaşlı Kəmalə Əliyeva ABŞ vətəndaşı olan azərbaycanlı rəfiqəsi ilə birgə yol qəzasında ölüb.
K.Əliyevanın yaxınlarının Lent.az-a verdiyi məlumata görə, o, ABŞ-ın Texas ştatında yaşayan oğlugilə qonaq gedibmiş. K.Əliyevanın ABŞ-a gəldiyini xəbər tutan rəfiqəsi onu Nyu-Yorka dəvət edib.
Nyu-Yorka gedən K.Əliyevanı rəfiqəsi Niaqara şəlaləsinə aparmaq istəyib. Yol gedərkən onlar qəzaya düşüblər.
Hər iki azərbaycanlı yol qəzasında dünyasını dəyişib.