Bu ölkədə elektron siqaret satışı məhdudlaşdırıldı

DÜNYA
20:45 / 02.05.2023
811

Avstraliya, məktəblərdə və gənclər arasında yayıldığı, sağlamlıq üçün təhlükə yaratmaqla əsaslandırılan elektron siqaretin satışını məhdudlaşdırıb.

HİT.az-ın xarici mediaya istinadən məlumatına görə, Avstraliya Səhiyyə Naziri Mark Butler, açıqlamasında elektron siqaretin gənclər arasında getdikcə məşhurlaşdığını və yeni nəsil narkotik aludəçiləri yaratdığını, buna görə də satışının apteklərdə məhdudlaşdırılacağını açıqlayıb.

Butler, bu məhsulların qəsdən uşaqları hədəf aldığına və pərakəndə mağazalarında “şirniyyat və şokoladların yanında” asan tapıla biləcəyinə işarə edərək, elektron siqaretin orta məktəblərdə “bir nömrəli problem” halına gəldiyinə diqqəti çəkib.

Avstraliya mediasına görə Səhiyyə Nazirliyi bəzi məktəb ayaqyollarında elektron siqaret üçün detektorlar quraşdırmağa başlayıb.

Araşdırmalar, 14-17 yaşlarındakı 6 Avsraliyalı gəncdən birinin, 18-24 yaşlarında isə 4 gəncdən birinin elektron siqaret istifadə etdiyini göstərir.

0