ABŞ Dövlət Departamenti Latviya hökumətinə sahilyanı müdafiə raket sistemləri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.
HİT.Az Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin bəyanatına istinadən xəbər verir ki, satışın təxmini dəyəri 110 milyon dollardır. Onlar Konqresə potensial satış barədə məlumat verərək, tələb olunan sertifikatı təqdim ediblər.
Qeyd olunur ki, Latviya hökuməti NSM CDS sisteminin, o cümlədən taktiki, telemetriya və təlim raketlərinin, eləcə də bütün zəruri avadanlıqların alınmasını xahiş edib:
"Təklif olunan satış Latviyanın Baltik dənizinin dəniz sferasında mövcud və gələcək təhlükələrə qarşı durma qabiliyyətini artıracaq. Latviyanın sahil müdafiə imkanlarının artırılması, ABŞ və NATO hərbçiləri ilə qarşılıqlı fəaliyyət göstərməsi ABŞ və Latviyanın Baltikyanı regionda müdafiə və təhlükəsizlik məqsədlərinə nail olmağa kömək edəcək".
Qeyd edək ki, Dəniz Hücum Raketi Sahil Müdafiə Sistemi yüksək effektiv sahil müdafiə sistemidir. 400 kq-lıq NSM raketinin təsirli uçuş məsafəsi 100 dəniz milindən çoxdur.
Samir