Türkiyə və Rusiya anlaşdı - Ödənişlər təxirə salınacaq

DÜNYA
11:53 / 03.05.2023
741

Türkiyə Rusiyanın "Qazprom" şirkəti ilə təbii qaz üçün ödənişlərin bir hissəsinin təxirə salınması ilə bağlı razılığa gəlib. 

HİT.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalında çıxışı zamanı Türkiyənin energetika naziri Fatih Dönməz deyib.

"Keçən il biz "Qazprom"la danışıqlar apardıq və qazın qiymətinin kəskin və gözlənilməz bahalaşması ilə bağlı razılıq əldə etdik. Bu, bizim Maliyyə Nazirliyimizlə razılaşdırılaraq həyata keçirilib. Ticarət əlaqələrimizdə bu təcrübə keçmişdə olub, indi də təklif etdik ki, ödənişləri nəzərdən keçirin”, deyə nazir bildirib. 

Lakin o, təsdiq etməyib ki, Rusiya Federasiyası ilə danışıqlar kontekstində söhbət iddia edildiyi kimi, 20 milyard dollar məbləğində ödənişlərin təxirə salınmasından gedir, ya yox.

Dönməz əlavə edib ki, “Rusiya ilə əlaqələr təkcə təbii qaz sahəsində deyil, həm də nüvə enerjisi sahəsində ən yüksək səviyyədə inkişaf edir”.

Samir

0