“Vur catlasın, çal oynasın, dəyişən trəkcə geyimləridir" - Müğənni

MƏDƏNİYYƏT
12:06 / 03.05.2023
796

“Nə mahnılar bilinir, nə də misiqilər. Heç nə yerində deyil, bu gedişlə olan-qalanı da itirəcəyik”. 

Bunu HİT.az-a açıqlamasında müğənni Şəhla Həmidova millət vəkili Zahid Orucun televiziyalarda yayımlanan şou-proqramları tənqid etməsi ilə bağlı fikirinə münasibətində deyib. 

Sənətçi hesab edir ki, bu gün efirdə olan şou-proqramların heç biri qaneedici deyil: “Vur catlasın, çal oynasın, eyni adamlar, eyni mahnılar, dəyişən trəkcə geyimləridir. Rəhmətlik Yaşar Nurinin bir sözü var idi. Soyuducunun qapısını açmağa qorxuram ki, ordan da Xalq artisti çıxacaq. Bunu indi görürlər? Eyni janrda mahnılar...". 

Şəhla Həmidova deyir ki, Azərbaycanın musiqi tarixindən gələcək nəsilə heç nə çatmayacaq:

“Yenə bizim nəsilə lazımi sənəti çatdırdılar, amma yetişən nəsilə nə qalacaq bu sual altındadır”.

Qeyd edək ki, millət vəkili Zahid Oruc televiziyalarda yayımlanan şou-proqramları tənqid edib. Deputat “bayağı şou proqramlarının ekranlarda getdikcə çoxalması qətiyyən təsadüfi deyil, əksinə düşünülmüş və sistemli xarakter daşıyır. Yalnız kommersiya və biznes maraqları, milli-mənəvi dəyərlərin inkarı, ictimai rəydə ziyalı, alim, intellektual obrazların, Vətən müharibəsinin parlaq simalarının deyil, şou əhlinin-müğənni, rəqqasə, tamada və s. cəmiyyətə əsas ideal, dəyər kimi təqdim edilməsi nəticəsində bir neçə aparıcı və TV kanalı reklam və sərvət toplayır. TV-lərimizin siması zəfərimizin parlaq tablosuna uyğun deyil” deyə bildirib. 

Azra

0