Türkiyədəki seçkilərdə kim öndədir? - SORĞU 

DÜNYA
16:06 / 03.05.2023
799

Türkiyədə 14 mayda keçiriləcək seçkilərlə bağlı sorğular aparılmağa davam edir.

HİT.az xəbər verir ki, ASAL Araşdırma Şirkəti tərəfindən növbəti dəfə sorğu keçirilib. Sorğu 27 aprel - 2 may tarixlərində İstanbul, Ankara, İzmir, Bursa, Konya, Antalya və Trabzonun da daxil olduğu 26 şəhərdə 2523 nəfərin iştirakı ilə keçirilib. 

Respondentlərdən prezident seçkilərində hansı namizədi dəstəkləyəcəkləri soruşulub. Sorğuda iştirak edənlərin 49,1 faizi Rəcəb Tayyib Ərdoğanı, 46,3 faizi isə Kamal Kılıçdaroğluna səs verəcəyini deyib. Həmçinin, onların 2,7 faizi Mühərrəm İncəni, 1,9 faizi də Sinan Oğanı dəstəkləyəcəyini söyləyib.

İştirakçılara seçkinin ikinci tura qalma ehtimalı ilə bağlı da sual ünvanlanıb. Bu zaman da Rəcəb Tayyib Ərdoğan 50,8%, Kamal Kılıçdaroğlu isə 49,2% səs toplayıb.

Həmçinin, respondentlərdən parlament seçkilərində hansı partiyaya səs verəcəkləri də soruşulub. Nəticələr aşağıdakı kimi olub:
- Ədalət və İnkişaf Partiyası (AKP): 38,5%
- Cümhuriyyət Xalq Partiyası (CHP): 26,7%
Xalqların Demokratik Partiyası (HDP): 9,4%
İYİ Partiya: 8,2%
Milliyətçi Hərəkat Partiyası (MHP): 8%
Məmləkət Partiyası: 2,1%
Türkiyə İşçi Partiyası (TİP): 1,8%
Yenidən Rifah Partiyası (YRP): 1,5%
Digər partiyalar: 3,8%

Pərviz

0