Ermənistan Türkiyə ilə danışıqlara başlayır

DÜNYA
17:22 / 04.05.2023
546

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Türkiyə parlamentinin sədri Mustafa Şentopla görüşdə Türkiyənin hava məkanının erməni aviaşirkətləri üçün bağlanması ilə bağlı problemi müzakirə etmək niyyətindədir. 

HİT.az xəbər verir ki, bu barədə parlamentin xarici əlaqələr daimi komissiyasının sədri Sarqis Xandanyan bildirib.

O qeyd edib ki, erməni daşıyıcılarının problemləri olub və hakimiyyət ölkə vətəndaşlarını narahat edən problemi həll etməyə çalışır.

Türkiyənin "Nemesis" abidəsinin sökülməsini tələb etməsi ilə bağlı suala cavab olaraq Xandanyan deyib ki, problem bunda deyil, hava məkanının Ermənistanın hava səfərləri üçün necə açıq olmasındadır. Bu problem ətrafında iş aparılmalıdır.

Xatırladaq ki, aprelin 29-da Ankara "Flyone Armenia" şirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün əvvəllər verilmiş icazəni ləğv edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu İrəvanda “Nemesis” əməliyyatına qoyulmuş abidənin açılışı ilə izah edib. Ankara abidənin açılışını “təxribat” adlandırıb. 

Samir

0