Estoniyanın Sosial İşlər Nazirliyi cümə axşamı idarələrarası təsdiq üçün qanun layihəsi təqdim edib. Qanuna əsasən, gələcəkdə cinsindən asılı olmayaraq, iki yetkin şəxs evlənə biləcək.
HİT.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ba barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
"Hazırlanan dəyişikliklər, digər məsələlərlə yanaşı, "Ailə haqqında" qanuna dəyişiklikləri də əhatə edir. Əgər indi nikahın kişi və qadın arasında olduğu deyilirsə, gələcəkdə cinsindən asılı olmayaraq, iki şəxs nikaha daxil olacaq", deyə bildirilir.
Nazir Signe Riisalonun sözlərinə görə, 2014-cü ildə birgə yaşayış haqqında qanunun qəbulu ölkənin bütün sakinləri üçün bərabər imkanların təmin edilməsi istiqamətində mühüm addım olub. Amma bu qanunun tam icrası çoxsaylı tətbiq olunan aktların qəbulunu tələb edirdi və bu məsələ daim təxirə salınırdı.
“İndi biz bu çaşqınlığa son qoyacmaq və həm də ər-arvad bərabərliyi prinsipini tətbiq etmək istəyirik, yəni cinsindən asılı olmayaraq iki yetkin şəxsin evlənməsinə icazə vermək istəyirik”, deyə nazir bildirib.
Samir