Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu PSJ-də problemləri olan Lionel Messini heyətinə qatmaq istəyir.
HİT.Az "Hurriyət"ə istinadən xəbər verir ki, Səudiyyə hökuməti də bu transfer üçün kluba dəstək olacaq.
İddiaya görə, "Əl Hilal" Messiyə ildə 320 milyon funt-sterlinq qazanacağı müqavilə təklif edəcək.
Messi müqaviləni imzalasa, Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunda çıxış edən Kriştiano Ronaldonun rekordunu qıracaq. Portuqaliyalı ulduz ərəb klubundan aldığı 165 milyon funt-sterlinq maaşla dünyanın ən çox qazanan idmançısıdır.
Qeyd edək ki, PSJ Messini 2 həftəlik heyətdən kənarlaşdırıb. Buna səbəb futbolçunun klub rəhbərliyindən icazəsiz Səudiyyə Ərəbistanına səfər etməsi olub.
Samir