Erməni deputat Türkiyədə QDİƏT sədrinin müavini seçildi

DÜNYA
10:18 / 05.05.2023
454

Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan deputatı, iqtisadi məsələlər üzrə komissiyanın sədr müavini Babken Tunyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sədr müavini seçilib. 

HİT.az xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkədə məlumat yayıb.

"QDİƏT Baş Assambleyasının 61-ci plenar sessiyasında mən təşkilatın sədr müavini seçildim", deyə Tunyan bildirib.

O, QDİƏT-in İstanbulda keçiriləcək iclası barədə tezliklə məlumat verəcəyini vəd edib.

Xatırladaq ki, Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş QDİƏT parlamentlərinin sədrlərinin sammiti keçirilir. Sammitdə parlamentin sədri Alen Simonyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti də iştirak edir.

Samir

0