Şoyqunun işdən çıxarılan müavininə "Vaqner"də vəzifə verildi - VİDEO

DÜNYA
11:33 / 05.05.2023
570

Rusiya hərbi müxbirləri bildirirlər ki, vəzifəsindən uzaqlaşdırılan müdafiə nazirinin müavini Mixail Mizintsev "Vaqner" PMC-də komandir müavini olub.

HİT.az "Unian"a istinadən xəbər verir ki, hərbi müxbir Aleksandr Simonov Mizintsevin hərbi formada və "Vaqner" PMC üçün xarakterik olan şevronla "bölmənin təlimi" ilə məşğul olduğu bir video yayımlayıb.

"Vaqner" PMC-nin yeni komandir müavini Mixail Mizintsev ilə təlim-məşq toplanışında onlar bölmələrin əlavə hazırlığı ilə məşğul olurdular", deyə Simonov yazır.

Məlum olub ki, Mizintsev "Vaqner" PMC-nin Baxmutdakı mövqelərinə baş çəkib, yeni komandir müavini burada vəziyyətlə tanış olub.

60 yaşlı general-polkovnik Mixail Mizintsev çoxsaylı hərbi cinayətlərdə şübhəli bilinən, Ukrayna və Suriyaya qarşı hərbi cinayətlərə görə Avropa İttifaqı, Böyük Britaniya, Ukrayna, İsveçrə, Yaponiya, Yeni Zelandiya sanksiya siyahılarında şübhəli bilinən rus hərbi komandiridir. 

O, 2014-cü ildən Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin direktoru vəzifəsində çalışıb, 2022-ci ilin sentyabrında isə müdafiə nazirinin müavini təyin edilib. 

2022-ci ilin yazında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayanda Mizintsev Donetsk vilayətində Mariupolun mühasirəsinə rəhbərlik edib. O, şəhəri dağıtmaq və dinc əhalini öldürmək əmrini verib. Onun komandanlığı ilə Mariupolda zirzəmisində insanların atəşdən gizləndiyi doğum evinə və dram teatrına zərbələr endirilib. Onu döyüş üsullarına görə "Mariupol qəssabı" adlandırırdılar.

27 aprel 2023-cü ildə Mizintsevin müdafiə nazirinin Maddi-Texniki Təchizat üzrə müavini vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb. 

Samir

0